Ölkə

İH nümayəndəsi: ""Diqlas" sökülür, işlər ən azı 2 ay davam edəcək" - VİDEO - FOTO

22 May 2019 11:49
1 Şərh     Baxış: 1 754

Bakının Nizami rayonunda yanğının baş verdiyi "Diqlas" ticarət mərkəzində artıq söküntü işlərinə başlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Nizami Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən bildiriblər. Qeyd olunub ki, artıq üç gündür ki, söküntü işlərinə başlanılıb:

"Həmin ərazidə iş getdiyi üçün təhlükəsizlik baxımından "Diqlas"ın ətrafı hasara alınıb. Hazırda söküntü yerinə bir neçə ağır texnika, ərazidən çıxarılan tullantı materialların daşınması üçün yük avtomobilləri də cəlb olunublar".

İcra Hakimiyyətindən əlavə ediblər ki, "Diqlas" ticarət mərtkəzi ağır metal konstruksiyadan tikildiyi üçün söküntü işləri tez bir zamanda bitməyəcək: "Orada ən azı 1-2 aylıq iş var".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ELMIRA · 22 May 20:1800

    bedbaxdlar cureklerindende uldular cuxlu burcada dusduler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.