Ölkə

Azərbaycandan zəvvarların Həccə getmə və qayıtma tarixləri məlum oldu

21 May 2019 17:34
3 Şərh     Baxış: 1 393

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 900-ə yaxın insan müraciət edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Zəvvarların avqustun 1-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır.

Bildirilib ki, zəvvarlar 8 təyyarə reysi ilə yola salınacaq. Sənəd qəbulu isə kvota dolana qədər davam edəcək. Hazırda sənəd qəbulu davam edir.

Bu il Azərbaycan üçün Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub. Bir müddət əvvəl isə kvotanın aradan qaldırıldığı qeyd olunurdu, lakin sonradan qərarın qərarın dəyişdiyi və kvota qoyulduğu bildirilir.

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

Milli.Az 

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    ƏMRAH ƏNRAH ALMALI · 21 May 18:2740

    O VAXT HƏCCƏ HAZIRLAŞANLAR GEDƏSİ VAXTA BİR GÜN QALMIŞ GEDƏSİLƏRDƏN BİRİ GÖRÜR BİR İNSAN AĞLAYIR GEDƏSİ SÖRUŞUR NİYƏ AÖLAYIRSAN DEYİR UŞAQLARIM AC QALIB ONLARIN DƏRDİ MƏNİ AÖLADIR KİŞİ HƏCCƏ APARASI XƏRLİYİ GƏTİRİB AĞLAYANA VERİR VƏ HƏCCƏ GETMİR BİR MÜDDƏT SONRA GEDƏNLƏR GƏLİRLƏR GÜDƏNLƏR RASTLAŞIRLAR NECƏ OLDU NƏ GƏTİRDİZ BİRİ DEYİR TƏSVEH BİRİ DEYİR TORPAQ VƏ S GETMƏYƏNƏ DEYİRLƏR SƏN NƏ GƏTİRDİN DEYİR MƏN GETMƏDİM DEYİRLƏR NECƏ GETMƏDİM DÜZ DE DÜZ DEYİRƏM DEYƏ CAVAB VERİRƏM DEYİRLƏR AY KİŞİ SƏNİN ƏLİNDƏN ALAN YOX DÜZÜNÜ DE DÜZÜNÜ DEYİRƏM GETMƏMİŞƏM DEYİRLƏR BİZLƏ BİR YERDƏ NAMAZ QILAN SİZ İDİZ AXI ONDA KİŞİ AYILIR Kİ ÖZÜ GETMƏSƏDƏ GETMİŞ KİMİ OLUB ELƏDİYİ YAXŞILIĞA GÖRƏ SAĞ OLUN

    Cavab yaz
    • Anonim
      F044 · 21 May 18:3610

      Bu rəvayəti mən də eşitmişəm. 10 dəfə təkrar-təkrar getməkdənsə o pulu ehtiyaci olanlara paylamaq məncə daha savabdı Allah dərgahında.

      Cavab yaz
      • Anonim
        ƏMRAH ƏNRAH ALMALI · 21 May 19:2401

        DÜZ DEYİRSIZ MƏN HALHAZIRDA YEMƏYƏ ÇÖRƏK TAPA BİLMİRƏM BORCUM ÇOX KREDİTİM ÇOX AĞZIMDA DİŞİM YOX DAMAĞIM YARA EDİB DİŞSİZ CEYNƏMƏKDƏN BİR DƏFƏ BAZAR YOLDAŞIM GÖRDÜ QANIM ÇOX QARADI BİR MANAT BİR MANAT PUL YIĞIB 11 MANAT YARDIM VERDİ GET ÇÖRƏK AL APAR EVƏ DEDİM SIZ HARDAN BİLDİZ EVİM ACDI DEDİ SƏNİN QANININ QARALIĞI GÖSTƏRİR ÖZÜ GEDİB UCUZ OLSUN DEYƏ MAQAZİNDƏN KÖHNƏ ÇÖRƏKLƏR ALIB BİR ZƏNBİL APARDIM EVƏ ÇATANDA UŞAQ ÇÖRƏKLƏRİ GÖRÜB SEVİNCİNDƏN BOYNUMA TULLANDI ÖZÜMÜ SAXLAYA BİLMƏDİM GÖZLƏRİM DOLDU SAĞ OLUN

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.