Ölkə

Azyaşlıların tüstü həvəsinə SON - VİDEO - FOTO

20 May 2019 20:29
0 Şərh     Baxış: 2 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda azyaşlı və yeniyetmələrə tütün məmulatlarının satışı, xüsusilə kafe və restoranlarda qəlyan xidmətinin göstərilməsi davam edir. Bununla bağlı müxtəlif qanunlar qəbul edilsə də, qabaqlayıcı sosial layihələr icra olunsa da, qarşısını hələ də almaq mümkün olmayıb.

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramında məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Samir Mehrəlizadə - Qəlyan çəkən: "10 ildən çoxdur istifadə edirəm. Uşaqlıqdan".

Pərviz İsayev - Qəlyan hazırlayan: "Qəlyanın çeşidləri çoxdur. Tərkibi əsasən, müəyyən turşulara qoyulmuş tütündür. Alma da, qarpız da, portağal da verilir".

Musa Quliyev - Millət vəkili: ""Tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunda sulu qəlyan və digər qəlyan növləri də tütün məhsullarına aid edilir. Qapalı məkanlarda onların istifadəsi qadağandır".

Mütəxəssislərin sözlərinə görə, qəlyan siqaretdən zərərsiz görünsə də, əslində 1 qəlyan təxminən 50 siqaretə bərabərdir.

Yalçın Abuzərov - Həkim: "Qəlyana qatılan o təmbəkinin tərkibində həqiqi təmbəki yoxdur. Onlar kimyəvi maddələrdən və kağız qırıntılarına hopturulmuş cürbəcür zəhərli kimyəvi maddələrdən hazırlanmış maddədir. Hər hansı meyvələrin tamını verən əlavələr edirlər. İnsan orqanizmi üçün həm toksiki təsiri, həm onkoloji xəstəliklərin əmələ gəlməsində böyük rolu var".

Sakin: "Həvəskarı deyiləm, amma arada qəlyan çəkirəm".

Sakin: "Bizim vaxtımızda belə şey olmayıb. Çox pis baxıram buna".

Yalçın Abuzərov - Həkim: "Ucluqların dəyişdirilməsinə baxmayaraq, tənəffüs yollarında olan hər hansı infeksiyanın o borularda qalması növbəti şəxsə ötürülməsi, hətta vərəm çöplərinin növbəti şəxsə ötürülməsi üçün əlverişli şəraitdir".

Pərviz İsayev - Qəlyan hazırlayan: "Borunu təqribən həftədə bir dəfə dəyişirik. Hər qəlyan veriləndən sonra müəyyən dərmanlar var onunla yuyulur. Bəzi müştərilər var öz adına alır. Üstünə yazıram müştərinin adını, qalır bu adam üçün. O gələndə ancaq ona verilir".

Qəlyan satan əksər kafe və restoranların qarşısında xüsusən qapısında müəyyən  reklam yazıları olur. Yaşından asılı olmayaraq istənilən müştərini bu cür məkanlara cəlb edirlər. Ancaq mütəxəssislər deyir bu yolverilməzdir".

Sabit Məmmədov - Reklam üzrə mütəxəssis: "Qəlyanla bağlı şəkillər və yaxud qiymətli mesajlar ki, insanları cəlb etmək üçün. Heç bir halda qəlyanın mesajını verən hər hansı sloqan paylaşımı olmaz. Reklam haqqında qanunvericiliyə görə bu qadağandır. Bu tip reklamlar aşkar edildikdə, dərhal demontaj edilir və xüsusi cərimələr yazılır".

Musa Quliyev - Millət vəkili: "Tək cərimələrlə iş keçmir. Vətəndaşlar fəal ictimai movqe ortaya qoymalıdır. Müvafiq qurumlara dəstək verməlidir. Çünki bu birbaşa vətəndaşın, onun ailəsinin, övladının saglamlıgı üçün bu qanun qəbul olunub. Qaynar xətlər yaradıla bilər. Vətəndaşlar müraciət edə bilər, harada görür ki, qanun pozulur".

Qeyd edək ki, 2017-ci il dekabrın 29-da ictimai yerlərdə tütün məmulatları çəkilməsini qadağan edən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qüvvəyə minib. Qanunda bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur. Qanunu pozanları 30 manatdan 1000 manata qədər cərimə nəzərdə tutulur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.