Ölkə

Gürcüstandan gələn avtomobilin yanacaq çənində siqaretlər aşkarlandı

20 May 2019 15:52
0 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21063" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi düzəldilmiş yerdən 5760 ədəd "King" markalı siqaretlər aşkar olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.