Ölkə

Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı Komissiya yaradılacaq

20 May 2019 13:02
Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SSRİ Xalq artisti Arif Məlikovun xatirəsinə ucaldılacaq heykəllə bağlı Komissiya yaradılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bununla bağlı Prezident İlham Əliyev xüsusi tapşırıq verib:

"Həmin Komissiya heykəlin harada qoyulması, hansı üslubda olmasını müəyyənləşdirəcək. Heykəlin qoyulması bir günün işi deyil. Həm heykəltəraşlar, həm də memarlarla aparılan müzakirələrdən sonra Komissiya tərəfindən iş yekunlaşdırılacaq və rəhbərliyə təqdim olunacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.