Ölkə

Evlərin damı, divarları uçub - Zaqatala İcra Hakimiyyəti

20 May 2019 10:40
0 Şərh     Baxış: 1 861

Zaqatalada yağış və külək evlərin damını və istinad divarlarını uçurub, maşınlara ziyan dəyib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Xəqani Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda Rayon Fövqəladə Hallar Komisiyyası iclas keçirir və dəymiş ziyan araşdırılır:

"Ötən gün saat 22:30-dan hökm sürən sərt hava şəraiti rayon və ətraf kəndlərdə fəsadlar törədib. İlkin məlumata görə, yağan güclü yağış və əsən külək irigövdəli ağacları aşırıb. Bununla yanaşı, külək yaşayış evlərinin damını uçurub, istinad divarlarını aşırıb və həyətyanı sahədə olan maşınlara da ziyan dəyib".

İcra rəsmisi, həmçinin qeyd edib ki, rayona düşən dolu da bəzi fəsadlara səbəb olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.