Ölkə

Neftçalada 10 yaşlı uşaq özünü asdı

17 May 2019 18:51
4 Şərh     Baxış: 1 162

Bu gün günorta saatlarında Neftçala rayonunun 2-ci Mayak kəndində 10 yaşlı uşaq özünü asıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, 2009-cu ildə anadan olmuş uşağı atası heyvanları suvarmaq üçün mal tövləsinə göndəridiyi zaman gec qayıtdığını görüb, arxasınca yollanarkən uşağın özünü tövlədən asdığının şahidi olub.

Uşağı dərhal asıldığı ipdən açan ata onu Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırdığından, həyatını xilas etmək mümükün olub.

Hazırda oğlanın vəziyyəti orta-ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Uşağın həyatına təhlükə sovuşsa da, onun beyn oksigen çatışmazlığından əziyyət çəkdiyi deyilir.

Hələlik hadisənin hansı şəraitdə və nə səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    ilham salmanzade · 17 May 18:5500

    :(

    Cavab yaz
  • Anonim
    mmm · 17 May 19:3010

    Bu nədi ay ALLAH. Millət hara gedir. Bəlkədə günah böyüklərdə, bizlərdədir. Baş verən hadisələrin detalınacan mətbuatda işıqlandırılması nə dərəcədə düzdür?

    Cavab yaz
  • Anonim
    Melek b · 17 May 19:4920

    10 yasli usaq?((((indi onun oyun oynayan vaxtidi.

    Cavab yaz
  • Anonim
    Nə yazasan ? · 17 May 20:1020

    Son vaxtlarda sonsuz sayda əcəlsiz davam edən ölüm faciə faktaları onu göstərir ki, nəsə həyat qarmoniyası pozulub. Görünür camaatın peşəkar psixoloqlara ehtiyacı var.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.