Ölkə

Agentlik: Azərbaycanın bitkiçilik məhsullarının Avropaya ixracı geniş vüsət alıb

17 May 2019 16:34
0 Şərh     Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın bitkiçilik məhsullarının Avropa bazarlarına ixracı geniş vüsət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, Azərbaycan məhsullarının Avropa bazarlarına çıxması üçün mövcud olan tələblər beynəlxalq standartlara uyğundur:

"Azərbaycanın məhsulları Avropa İttifaqı ölkələrinə asanlıqla ixrac olunur. Azərbaycanın bu sahədə verdiyi fitosanitar və sağlamlıq sertifikatları beynəlxalq qurumlar tərəfindən tanınır".

Q.Təhməzli Azərbaycanın qida təhlükəsizliyi sahəsində bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini də söyləyib.

Agentlik sədri əlavə edib ki, ölkəmizdə ilk 7 il üçün qida təhlükəsizliyi üzrə dövlət proqramı qəbul edilib. Yaxın illərdə o, digər dövlət orqanlarının dəstəyi ilə mərhələlərlə həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.