Ölkə

Deputatdan radarlarla bağlı TƏKLİF

17 May 2019 13:57
Baxış: 4 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yol hərəkəti haqqında" qanuna kosmetik dəyişikliklər edilməməli, bütövlükdə məsələyə yeni yanaşma olmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında" və "Notariat haqqında" qanunlara dəyişiklik edilməsi məsələsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, təhlükəsizliyi təmin edən bu sahəni yeni qaydalarla nizamlamalıyıq: "Bu gün Azərbaycanda elektron hakimiyyət yaradılır. Bütün hüquqi münasibətlər elektron internet sistemi üzərindən qurulur. Belə olan halda vətəndaşın üzərində sürücülük vəsiqəsinin olub-olmamasının yol polisi üçün nə fərqi var? Onlar xüsusi vasitə ilə bunu dəqiqləşdirə bilərlər".

H.Babaoğlunun fikrincə, "Yol hərəkəti haqqında" qanun bu sahənin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olmalıdır:

"Amma biz nə edirik? Lazım olmayan yerlərdə də radar dediyimiz xüsusi qurğunu yerləşdirilir. Beləliklə, bu hal sürücülərdə kütləvi mənfi emosiya doğurur və idarəetmədə təhlükəli hallar yaradır. Təhlükəsizlik əvəzinə təhlükəli vəziyyət yaradırıq. Ona görə də bu sahədə qanunvericilik təkmilləşdirilməlidir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.