Ölkə

Narkotacir “Səbiş” tutuldu - FOTO

15 May 2019 14:05
3 Şərh     Baxış: 2 787

Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Biləcəri qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

Milli.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Ramil Hüseynov saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1,003 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

R.Hüseynov ifadəsində narkotik vasitəni Biləcəri qəsəbəsində yaşayan "Səbiş" adlı şəxsdən aldığını bildirib.

Bölmə əməkdaşlarının keçirdikləri əlavə əməliyyat zamanı həmin şəxs, paytaxt sakini Səbinə Quliyeva da tutularaq istintaqa təqdim edilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman 50,020 qram, yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 15 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

S.Quliyeva ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Hər iki şəxs barəsində cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    /// · 15 May 14:1640

    Sagol seni Sebish,iceride olassan Cepish))

    Cavab yaz
  • Anonim
    Sevda.R · 15 May 15:4250

    Qadın boyun yerə girsin hələ...

    Cavab yaz
  • Anonim
    aaa · 15 May 16:46120

    Şərəfsiz... Belələrini və bunların arxasında duranlara ömürlük cəza verilməlidir ki, övladlarımızı zəhərləməsinlər...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.