Ölkə

Azərbaycan 100 mindən çox “Kalaşnikov” istehsal edib

15 May 2019 16:35
0 Şərh     Baxış: 1 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda Rusiya lisenziyası ilə 100 mindən çox "AK-74M Kalaşnikov" avtomatı istehsal edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın müdafiə-sənaye kompleksinin nümayəndəsi Minskdə keçirilən "MILEX 2019" beynəlxalq silah sərgisində deyib.

Onun sözlərinə görə, ölkədə "Kalaşnikov" avtomatlarının istehsalı 2021-ci ilədək davam edəcək: "Ümumilikdə 120 minədək "AK-74M" avtomatının istehsalı nəzərdə tutulur".

Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2011-ci ildən AK-74M avtomatlarını istehsal edir. Bu avtomatlara "Xəzri" adlı verilib.

Xatırladaq ki, Minskdə "MILEX 2019" beynəlxalq silah sərgisi mayın 15-dən 18-dək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.