Ölkə

Turistlər bir viza ilə ölkəmizə istədikləri qədər səfər edə biləcək

15 May 2019 13:28
0 Şərh     Baxış: 1 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın vaxtlarda Azərbaycana gələn turistlərə çoxgirişli vizalar veriləcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib.

Direktor bildirib ki, "ASAN Viza" daha da təkmilləşdiriləcək:

"Hazırda "ASAN Viza" sistemi ilə Azərbaycana gələn turistlərə və ölkəyə bir dəfə girmək imkanı üçün 30 günlük viza verilir. Yəni vətəndaş ölkəyə daxil olan zaman aldığı müddət ərzindəki viza ilə ikinci dəfə ölkəyə girə bilməz. Bəzən turist 30 günlük viza ilə ölkəyə gəlir, amma bir həftə qaldıqdan sonra geri qayıdır və aldığı 30 gün müddətində yenidən ölkəyə səfər edəcəyini düşünür. Amma bu belə deyil.

Turist ölkəyə yenidən gələn zaman "ASAN Viza" sistemi vasitəsilə yeni viza almalıdır. Yeni yaradılacaq çoxgirişli viza ilə turist viza üçün müraciət edən zaman 180 gün müddət veriləcək. Həmin müddətdə turist ölkəyə istənilən sayda səfər edə biləcək. Hazırda çoxgirişli vizalar üçün texniki işlər aparılır".

Fariz Cəfərov qeyd edib ki, "ASAN Viza" rüsumu ilə bağlı Nazirlər Kabinetinə təklif verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.