Ölkə

23 kəndi mərkəzlə birləşdirən yol çökür - FOTO

15 May 2019 11:25
0 Şərh     Baxış: 1 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənub bölgəsində 20 min əhalinin istifadə etdiyi Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunda yenidən sürüşmə aktivliyinin artması yolda iri çatların yaranmasına gətirib çıxarıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bəzi ərazilərdə isə asfalt qatının çatlaması yolun hərəkət hissəsini daraldıb. 

Bu yolda, demək olar ki, hər il sürüşmə aktivliyi müşahidə olunur. Yolda mütəmadi təmir-bərpa işləri aparılsa da Soltankənd və Hacıcavad kəndləri arasındakı hissədə yol yatağı yenidən dərəyə doğru axmağa başlayıb.

Sözügedən avtomobil yolunda sürüşmənə səbəb təpəlik ərazilərdən axan yeraltı suların yolun yataq hissəsindən keçərək dərəyə axmasıdır.

Cəlilabad rayon FHN komissiyasından bildirilib ki, yolun bu hissəsinə yeraltı suların axıdılmaması üçün suötrücülər qoyulmaqla ərazidə yaxın günlərdə təmir-bərpa işləri aparılacaq.

Qeyd edək ki, sözügedən yol 23 kəndi rayon mərkəzi ilə birləşdirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.