Ölkə

Məktəbli qızın intihar cəhdiylə bağlı rəsmi açıqlama: “Qisas almaq...”

10 May 2019 18:47
0 Şərh     Baxış: 1 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi Kütləvi İnformasiya Vasitələrində paytaxtın Nizami rayonu ərazidinə 109 saylı orta məktəbin şagirdi Əliyeva Fatimə Şamxal qızının intihara cəlb etməsi ilə bağlı məktəbin müəlimləri haqda cinayət işi başlanması barədə məlumat yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, F.Əliyeva mayın 1-də atasının istifadə etdiyi əsəb əleyhinə olan dərman həblərini qəbul edərək məktəbin müəllimlərinin ona aşağı qiymət yazdığı üçün onlardan qisas almaq məqsədi ilə intihara cəhd edib.

Fakla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisə yerinə baxış keçirilib, F.Əliyevanın, onunla birlikdə təhsil alan şagirdlərin, valideynlərinin ifadələri alınıb. Məhkəmə tibb ekspertizası təyin edilib. Araşdırma üzrə zəruri prosessual hərəkətlər davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.