Ölkə

Metro üçün alınan yeni ventilyatorlar artıq Bakıda

7 May 2019 13:39
0 Şərh     Baxış: 1 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında havalandırma sisteminin təkmilləşdirilməsi üçün aldığı yeni ventilyatorları Bakıya gətirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, alınan 7 yeni ventilyator artıq Bakıdadır:

"Hazırda 2 ventilyatorun quraşdırılmasına başlanıb. İlk olaraq 2 ventilyator metronun "Qara Qarayev" stansiyasında quraşdırılacaq. Digər 5 ventilyator isə plan üzrə quraşdırılacaq. Yaxın günlərdə metronun "Memar Əcəmi" stansiyasında da yeni ventilyatorun quraşdırılmasına başlanacaq. Digər ventilyatorlar isə metronun "Nizami" stansiyası və stansiyanın tunelində quraşdırılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.