Ölkə

İyuldan Azərbaycana yeni vaqonlar gətiriləcək - ÖZƏLLİKLƏRİ nədir?

7 May 2019 12:21
1 Şərh     Baxış: 1 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyul ayından etibarən Azərbaycana yeni vaqonların gətirilməsinə başlanacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ümumilikdə il ərzində 30 vaqon gətiriləcək: "30 vaqondan ibarət 6 qatar tərkibi olacaq. Bu qatarlar kondisionerlərlə və digər müasir tələblərə cavab verən elektronika ilə təchiz edilib. Həmçinin yeni vaqonların qapıları daha genişdir. Bununla yanaşı vaqonlar əlil arabaları üçün xüsusi yerlərlə təchiz olunacaq.
Onu da qeyd edim ki, bu qatarlar "Bakı Metropoliteni"nin tələbləri nəzərə alınmaqla istehsal olunur".

B.Məmmədov bildirib ki, köhnə vaqonların xəttən çıxarılması isə yalnız onlar istismar müddətini başa vurduqdan sonra mümkün olacaq.

Xatırladaq ki, bu il yanvarın 31-də "Bakı Metropoliteni" QSC ilə Rusiyanın "Metrovaqonmaş" şirkəti arasında yeni vaqonların açılışına dair müqavilə imzalanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.