Ölkə

Gürcüstandan "Mercedes"lə qanunsuz telefonlar keçirmək istədilər

7 May 2019 09:56
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz ML 320" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin qabaq sol oturacağının altında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 4 ədəd "Samsung Galaxy J4+", 2 ədəd "Samsung Galaxy A6" və 1 ədəd "Samsung Galaxy J6" markalı mobil telefonlar, 8 ədəd qidalandırıcı başlıq, 10 ədəd USB kabel, 4 ədəd "qulaqlıq" və 14 ədəd mobil telefon üçün qutu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.