Ölkə

"Gecə saat 4-də ərim məni lüt..." - Bakıda evdən qaçan gəlindən ŞOK İDDİA - FOTO

6 May 2019 16:52
25 Şərh     Baxış: 9 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 6-sı iki körpəsini birgə yaşadığı kişinin üstünə atıb qaçan Məhərrəmova Məhluqə tapılıb.

Milli.Az xəbər verir ki, bir aydır ərinin axtarışa verdiyi "itkin gəlin" evinə yaxın bir binada aşkar edilib.

Məhluqə həyat yoldaşı Eldarın 10 min manat oğurladığı ilə bağlı iddialarını ağ yalan adlandırıb:

"Gecə saat 4-də ərim evə içkili gəldi. Əvvəllər də hər gün meyxanələrdə idi. Aprelin 6-sı gecə saat 4-də məni döydü. Paltarsız lüt, ayaqyalın atdı çölə. Sonra mən qaçdım, sübutum da var. Getdim qonşu binada bir xanımın qapısını döydüm, gedib o xanımdan da soruşa bilərsiniz. Mən o qədər əzablar görmüşəm ki. Mən uşaqlarımı atmamışam".

Qeyd edək ki, bu Məhluqənin üçüncü ailə həyatı olub. Onun birinci ərindən üç uşağı olub.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.