Ölkə

"Nissan" 3,5 minə, KİA 3 minə satışa çıxarıldı - Hərrac

4 May 2019 17:30
0 Şərh     Baxış: 2 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi dövlət qurumları balansında olan avtomobilləri hərraca çıxarıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu məqsədlə 4 iyun tarixində açıq auksion keçirəcək.

Budəfəki hərraca Milli Məclis 2, Dövlət Statistika Komitəsinin Qazax rayon Statistika İdarəsi və Neftçala Rayon İcra Hakimiyyəti hərəsi 1 avtomobil təqdim edib.

Milli Məclis özəlləşdirəməyə 2 "Nissan Maksima" təqdim edib ki, onlardan birinin ilkin start qiymət 3500 manat, digərinin ilkin start qiyməti isə 5400 manatdır. İki eyni markalı avtomobilə fərqli qiymətlərin müəyyən edilməsinin səbəbi avtomobillərdən birinin 2006, digərinin 2007-ci il istehsalı olmasıdır.

Dövlət Statistika Komitəsinin Qazax rayon Statistika İdarəsi də hərraca "Nissan Maksima" təqdim edib ki, onun da ilkin start qiyməti 4500 manatdır.

Neftçala Rayon İcra Hakimiyyəti isə hərraca "KİA Sporteyc" markalı avtompobil təqdim edib. Onun ilkin start qiyməti isə 3000 manatdan başlayır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.