Ölkə

Restoranlarda Ramazan menyusu - Qiymətlər

4 May 2019 16:00
0 Şərh     Baxış: 2 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ramazan ayının başlamasına sayılı günlər qalıb. Artıq paytaxtda bəzi restoranlar Ramazan ayına özəl hazırlıqlar görüb.

Milli.Az "Xəzər Xəbər"a istinadən bildirir ki, restoranlar oruc tutanlar üçün iftar menyuları hazırlayıblar.

Qiymətlər isə menyuda olan yemək çeşidlərinin sayına görə dəyişir. Şəhər restoranlarında iftar menyularının qiyməti əsasən 10 manatdan başlayır. Məsələn, çəkiliş apardığımız bir restoranda 1 nəfər üçün iftar menyusunun qiyməti 15-20 manatdır. Bol çeşidli salatlı menyulara müxtəlif yeməklər daxildir.

Başqa bir restoranda isə iftar menyusu 20-25 manatdır.

Bundan başqa, bəzi restoranlarda imsaq menyuları da təklif edilir. Burada səhər yeməkləri limitsiz olaraq verilir və qiymətlər 10 manatdan başlayır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.