Ölkə

Əhaliyə kütləvi bildirişlərin göndərilməsi dayandırılacaq - Azəriqaz

3 May 2019 20:19
2 Şərh     Baxış: 2 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azəriqaz" İB prezident İlham Əliyevin tapşırığına əsasən bir neçə tədbirlər planı qəbul edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu  barədə birliyin sədri Əkbər Hacıyev bu gün keçirilən toplantıda məlumat verib.

O, bildirib ki, müsbət  beynəlxalq təcrübə nəzərə alınmaqla təbii qazdan qanunsuz istehlak  nəticəsində dəymiş ziyanın hesablanmasına dair sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar Energetika Nazirliyi ilə birlikdə  təkliflər hazırlanacaq  və müvafiq  qərarların qəbul edilməsi üçün aidiyyəti üzrə təqdim ediləcək:

"Həmçinin qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək qanunsuz istehlak halları üzrə dəymiş ziyanın hesablanmasına dair əsaslı dəlillər olmadan istehlakçılara kütləvi bildirişlərin göndərilməsi dayandırılacaq. Birliyin bəzi əməkdaşları tərəfindən vəzifələrindən sui-istifadə vətəndaşların sadəlövhlüyündən şəxsi maraqları üçün yararlanma hallarını qətiyyətlə qınayırıq. Belə halların vaxtında müəyyən edilməsi, qarşısının alınması və təqsirkar şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi  barədə ciddi tədbirlər görüləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.