Ölkə

Azərbaycan MDB ölkələri arasında senzuranı ləğv edən ilk ölkədir - Əflatun Amaşov

3 May 2019 10:29
0 Şərh     Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda elə bir insan yoxdur ki, öz fikirlərini bölüşərkən hansısa maneə ilə üzləşsin".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

O bildirib ki, Azərbaycanda 1998-ci ildə ulu öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olaraq mətbuat üzərindən senzura götürülüb:

"Azərbaycan MDB ölkələri arasında senzuranı ləğv edən ilk ölkədir. Bu gün Azərbaycan mətbuatı hərtərəfli tələblərə cavab verən qanunvericilik bazasına malikdir. Bütün bunlar hamısı ulu öndərin şəxsi təşəbbüsü ilə həyata keçirilib".

Şura sədrinin sözlərinə görə, dünyanın heç bir ölkəsində jurnalistlərin sosial problemlərini Azərbaycan kimi həll edən ölkə yoxdur.

Ə.Amaşov əlavə edib ki, Azərbaycan mətbuatının banisi olan Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetini bu gün də vərəqləyərkən orada gündəmlə səsləşən fikirlər görmək olur.

Qeyd edək ki, 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə ölkənin aparıcı media nümayəndələri Fəxri Xiyabanda Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.