Ölkə

Ağdaşda zəhərlənənlər xəstəxanadan evə buraxılıblar

2 May 2019 17:34
0 Şərh     Baxış: 635

Ağdaş rayonunda baş vermiş zəhərlənmə hadisəsindən zərərçəkən xəstələr evə buraxılıblar.

Milli.Az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, mayın 2-də Ağdaş rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Hadisə gecə saat 2 radələrində qeydə alınıb. 12 nəfər Ağdaş rayonu Aşağı Ləki kənd sakini halsızlıq, qarın ağrısı, ürəkbulanma və qusma simptomları ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olublar. Onlardan 6 nəfəri uşaq olub:

"Sakinlərə toksiki və qida zəhərlənmələri diaqnozu qoyulub. Xəstələr üzərində zəruri müalicə tədbirləri görülüb, mədə-bağırsaqları yuyulub və onlara lazımi dərman vasitələri verilib.

Xəstələrin vəziyyəti yaxşılaşıb və onlar həmin tarixdə öz ərizələri əsasında evə buraxılıblar.

Məlumat üçün bildirək ki, zəhərlənən şəxslərə ödənişsiz olaraq tibbi xidmətlər göstərilib".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.