Ölkə

Qayda pozan sürücülərin maşınları artıq bura gətiriləcək

1 May 2019 16:16
0 Şərh     Baxış: 3 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti bununla əlaqədar "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"yə dəyişiklik edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əsasnamənin mövcud variantına əsasən, Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin (BNA) mühafizə olunan duracağına gətirilir.

Əsasnaməyə edilən yeni dəyişikliklə isə qeyd edilən nəqliyyat vasitələri BNA-nın ən yaxın mühafizə olunan duracağına gətiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.