Ölkə

Formula-1 ilə əlaqədar bağlanan yollar açıldı

30 Aprel 2019 11:36
0 Şərh     Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar yollara tətbiq edilən məhduddiyyət aradan qaldırılıb. Bunu nəzərə alaraq istiqaməti dəyişdirilən 17 müntəzəm marşrut xətti (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) üzrə avtobusların əvvəlki sxem üzrə fəaliyyət göstərməsi üçün iş aparılır.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, proses tədricən həyata keçirilir. 01.05.2018 tarixindən isə qeyd edilən xətlər üzrə avtobuslar tam olaraq əvvəlki sxem üzrə sərnişinlərə xidmət edəcək.

Eyni zamanda 5A adı alıtnda fəaliyyət göstərən müvəqqəti marşrut xəttinin də fəaliyyətinə xitam verilib və Lökbatan Dairəsi-28 may istiqamətində 125 nömrəli avtobuslar sərnişinlərə xidmət edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.