Ölkə

Azərbaycan Turizm Forumunun Qəbələ görüşü baş tutub - FOTO

26 Aprel 2019 18:09
0 Şərh     Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tourism Lab.-ın növbəti layihəsi olan Azərbaycan Turizm Forumunun - Qəbələ görüşü baş tutub. Tədbir Qəbələ şəhərində Heydər Əliyev adına Qəbələ Konqres Məzkəzində keçirilib.

"Azərbaycan Turizm Forumu - Qəbələdə Görüşürük" tədbirində 250 nəfərə yaxın turizm sahəsində çalışan peşəkarlar, bir çox Bakı və regional otellərin rəhbərləri, turizm agentliklərinin nümayəndələri, media nümayəndələri və turizm bloggerlər iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd ölkənin turizm imkanları, gələcək perspektivlər, müasir texnoloji yenilikləri ölkə turizminin inkşafına tətbiq etmək, qanunvericilik və ondan irəli gələn məsələləri müzakirə etmək idi.

Tədbir zamanı yeni yaranmış Turizm Labaratoriyası şirkətinin (Tourism Lab.) təqdimatı keçirilib. "Tourism Lab." şirkətinin rəhbəri Həvva Səfərova açılış nitqin də bildirib ki, "Şirkətin məqsədi Azərbaycanda "Creating The Culture of Tourism İnnovation" - Turizm İnnovasiya Mədəniyyətini yaratmaqdır. Bu istiqamətdə bütün turizmlə bağlı olan idealara açığıq və onların inkişafında əlimizdən gələn köməkliyi etməyə hazırıq.". Həmçinin, Tourism Lab. - ın layihələri olan "Azərbaijan Hospitality Academy (AHA)", "Students Tourism MeetUp", "Superkids Yay Düşərgəsi" haqqında qısa məlumatlar verib.  Həvva Səfərova tədbir zamanı daha bir surpriz layihənin təqdimatını edib: "Sizə surpriz layihəmiz olan "Azerbaijan Tourism Awards" təqdim edirik. İlin sonunda baş tutacaq bu böyük və möhtəşəm tədbirdə Azərbaycan turizm sahəsində fəaliyyət göstərən turizm şirkətlərin, otellərin, restoranların, hətta turizm fərdlərinin mükafatlandırılması həyata keçiriləcəkdir. May ayının 1-dən qeydiyyata start verilir. Detallı məlmatı www.tourismawards.az saytından əldə edə bilərsiniz."

Bundan sonra tədbir spikerlərin çıxışları ilə davam edib. Spikerlər aşağıda göstərilən mövzular üzrə çıxışlar edib və auditoriyanın suallarını cavablandırıblar.

Seymur Hacıyev  - "Gilan Hospitality Group" - Group Procurement Director - Otelçilik satınalmalarında ümumi məqamlar və onların optimallaşma çalışmaları, elektron satınalma platformasının yaradılması

Şəbnəm Süleymanova  - "Qafqaz Tufandag Hotel Gabala" İdarəedici Direktoru -  Dağ Turizminin inkişafı: "aşağı mövsüm" üçün həll yolu

Göydəniz Qəhrəmanov  - Spektr Travel şirkətinin rəhbəri - Cari ildə turist axınının mövcud bazara təsiri və qiymət rəqabəti

Orkhan Isayev - HRS- Hospitality & Retail Systems şirkətinin Reqional Direktoru - Hotel və Restoranlarda Müasir Texnologiyaların tətbiqi

Daniel Burkhard - Chenot Palace otelinin Baş Meneceri - Müalicəvi Turizm haqqında

David Khripunov -  David Digital Sharks şirkətinin təsisçisi - City branding

Rivka Khripunova - Rivka distant İngilis kurslarının təsisçisi - Globiş

Qeyd edək ki, Azərbaycan Turizm Forumu artıq 4 ildir, tuzim mütəxəsislərini bir araya gətirə bilir və turizm sektorunda olan problemlərin müzakirə olunmasında əsas rol oynayır. Bütün bu tədbirlər milli turizmin ən yaxşı nümunələrini ortaya qoyaraq, turizmin inkişafı və həlləri üçün müxtəlif yolların axtarışına səbəb olur. Forum Azərbaycanda bu istiqamətdə yaradılmış ilk və yeganə platformadır ki, burada nəinki turizm sənayesinin mütəxəssislərini, həmçinin fərqli sənayeni və turizmdə yeni biznes qurmaq istəyən hər kəs üçün açıqdır. Əlaqələr yaratmaq Forumun əsas istiqamətlərindən biridir.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.