Ölkə

Üzünü it parçalayan uşağın həkimi: "Müalicə bitib, amma valideynlər uşağı hələ xəstəxanada saxlamaq istəyirlər"

26 Aprel 2019 16:29
4 Şərh     Baxış: 1 676

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlunun vəziyyəti normaldır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə uşağın həkimi, Kliniki Tibbi Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsində çalışan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Məhəbbət Cəfərov deyib.

Onun sözlərinə görə, xəstənin ətraf toxumasının plastik əməliyyatı aparıldıqdan sonra dişlənmiş yanaq bərpa edilib:

"Uşağın yaraları artıq sağalıb. Yaralar üzərinə qoyulmuş tikişlər də sökülüb. Bizim tərəfimizdən onun müalicəsi dayanıb. Amma valideynlər öz istəkləri ilə uşağı hələ xəstəxanada saxlamaq istəyirlər".

Hüseynin atası Qismət Məmişov bildirib ki, uşağın vəziyyəti artıq yaxşıdır. Amma uşağa hər hansı infeksiyon xəstəliyin keçməsindən ehtiyat etdikləri üçün onu iyunun 30-u və ya mayın 1-dək xəstəxanada saxlayacaqlar.

Xatırladaq ki, aprelin 16-da itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb. İt quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    ~~~ · 26 Aprel 16:41120

    Yazıqlar neyləsin.Qorxularından həkim nəzarətində qalsın istəyirlər.Narahatçılıq olarsa daha tez müdaxilə olunsun deyə.Allahın rəhmi gəlsin bu balacaya.

    Cavab yaz
  • Anonim
    İRADE · 26 Aprel 17:1550

    Amin

    Cavab yaz
  • Anonim
    casper · 26 Aprel 17:4915

    eve gelende yolda birden yene itler hucum eder...

    Cavab yaz
  • Anonim
    ₼₼₼₼₼₼ · 26 Aprel 19:5140

    Yazıq uşaq Allah kömək olsun.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.