Ölkə

"Ona "ağÇaqqal, tüpürüm üzünə" deyib studiyadan çıxara bilməzdim" - ŞOK AÇIQLAMA - FOTO

26 Aprel 2019 14:49
9 Şərh     Baxış: 18 385

Müğənni Sevda Yahyayevanın ögey atasının "Səni axtarıram"da səsləndirdiyi ittihamlarla bağlı Xoşqədəm Baxşəliyeva (Hidayətqızı) danışıb.

Milli.Az xəbər verir ki, Xoşqədəm müğənniyə qarşı şok iddialarla çıxış edən şəxsi studiyadan qovmamaq səbəbini də açıqlayıb:

"Əməkdaşlarımıza deyirəm: "Hansı tanınmış adam, hansı müğənni istəsə onu dəvət edin. Söz verirəm ki, səsinizi kəsməyəcəm. 

Hə, Sevda məsələsinə gələk. Anlaya bilmədim, "Səni axtarıram" sosial bir proyektdir. Bu sosial proyektdə hüququ pozulan da gələcək, mülki problemi olan da gələcək, axtarışı olan da gələcək, xəstə olanı da gələcək və mən Xoşqədəm Hidayətqızı onları öz balası, öz qızı kimi dinləyəcəm. Dünən bir ağsaqqal da gəldi. Mən ona "ağÇaqqal" deyə bilməzdim. Çünki evimdə o tərbiyəni görməmişəm. Mən ona "ağçaqqal" deyib, "tüpürüm üzünə" deyib buradan çıxara bilməzdim. Mən onu o qədər gözəl, incitmədən... Hətta ekspertlər onun qəlbinə dəymək istəyəndə, mən onun qarşısını aldım. Sevdanı da efirə bağlamaq istədik. Dostlarına zəng etdik. Amma mən səhv etdim, gərək başqasına zəng edərdim. Bəlkə də başqa şeylər olardı". 

Qeyd edək ki, müğənninin ögey atası Xoşqədəm Baxşəliyevanın verilişinə çıxaraq Sevdanın onun həyat yoldaşını əlindən aldığını, yaşadığı evin qapısını isə qıfıllayaraq onu küçəyə atdığını iddia edib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Senturion · 26 Aprel 14:58184

    Day dedin də

    Cavab yaz
  • Anonim
    User · 26 Aprel 15:041718

    Sevda yaxsi eleyir.Qiragda durub qarismir.Sizin seviyyenize enmir.

    Cavab yaz
  • Anonim
    Sovet vətəndaşı · 26 Aprel 15:121110

    Sevda həyat yoldaşını əlindən alıb ? Bu kişi deyəsən camaatı güldürməyə, təlxəkliyə çıxıb ora.

    Cavab yaz
  • Anonim
    Kuku · 26 Aprel 15:1664

    Sen ele umumi axtariwa baxanan qacan gelinlerin sayi artib.zaur duz edir ele movzulara uje baxmir.tay besdirin reytinqe gore qacanlari duz yolda imiw kimi qeleme vermeyin

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 26 Aprel 15:43109

    Göresen Sevdadan sonra növbede hansi manisdi Xosqedeme cixacaq )Ele bil ssennari üzre gedir Xosqedemi Beyin oqurlanmasindaki kino cekenlere oxsatdim lapp deyir öz ssenarimiz ssennaridiki heyatdan cekmek lazimdi.))

    Cavab yaz
  • Anonim
    Aysel · 26 Aprel 17:44109

    Xowqedem xanim sizin kimi qadinlari Allah var elesin.heyranam size.Allah qorusun.anam da sizi beyenir cox isteyir.qocaq qadinsiz

    Cavab yaz
  • Anonim
    Bibi · 26 Aprel 18:1131

    Sevdanı sevda eliyəndə xalqdır.insan yaxşılığı heç vaxt itirməməlidir.sevda istəmirdi bu məsələ efirə çıxmasın işini əvvəldən ehtiyatlı tutardı. Xahiş edilir ki şou biznesin bəzi insanlarından ki efirlərə çıxanda əxlaqına,hərəkətlərinə ,geyimlərinə diqqət eləsinlər.yalandan çıxıb xalqın adından danışmasın lar. Sən xalqın adından danışırsansa deməli xalqda səndən danışmalıdır.bu bütün dünya şou biznesində belədir.ona görə hər şeyə hazır olmalısınız.çünki şəraiti özünüz yaratmısınız

    Cavab yaz
  • Anonim
    SsS · 26 Aprel 23:0463

    Agcaqqal demeknen artiq oz terbiyeni numayis etdirdun.Əhsən!!

    Cavab yaz
  • Anonim
    səbinə · 27 Aprel 14:4410

    xoşqədəm bu bugənilərə nə verib ala bilmir gündə bir şəxsi yayatını müzakirə edir şo üçün baxmaqa maraq olsun

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.