Ölkə

"İndi qız tapmaq problemdi, indiki qızların..." - Əməkdar artistdən GÖZLƏNİLMƏZ AÇIQLAMA - FOTO

25 Aprel 2019 15:45
12 Şərh     Baxış: 5 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Rühəngiz Allahverdiyeva "5/5"-də əlinin aşağı olduğundan, ev almaq üçün pulunun olmadığından giley-güzar edib.

Milli.Az xəbər verir ki, xanım sənətçi oğlunun evlənmək istədiyini, lakin şəraitinin olmadığını deyib.

Rühəngiz Allahverdiyeva oğluna ayrı ev almaq istədiyini, amma maddi durumunun buna imkan vermədiyini bildirib:

"İkinci oğlum gəlib ki, məni evləndir. Artıq 28 yaşı var. Qız da problemdir. Amma mən qızı taparam. Mən o barədə ağıllı xanımam. Amma ona ev ala bilməyəcəm. Qəti surətdə ala bilməyəcəm. Bu yaşa qədə canlı oxudum. Restoranın müdiri də deyir "gəlsin fonoqram oxusun". Deyirəm oxumayacam. İndi bu oğlum deyir ki, "Mən universiteti də bitirmişəm, əsgər də getmişəm, məni evləndir". 

Zaur əməkdar artistin planına "Niyə ayırırsan oğlunu. Qoy gəlin gəlsin baxsın sizə" sözləri ilə reaksiya verib. Müğənni fikrindən daşınmayacağını bildirib:

"Yox elə istəmirəm. Mən istəmirəm gəlinə yük olum. Mən heç bu gəlinimin evinə ayla, illə getmirəm. O vaxtkı qızların abu-havası başqa idi, indiki qızların abu-havası başqa. Bir də ki, mümkün deyil oğlumun ailəsi ilə bir evdə yaşayım. Məndən uzaq olsalar yaxşıdır. Mən yazığam. Bir az istirahət edim. Nə qədər bu uşaqlara baxarlar, bişir-düşür, yu, təmizlə, bunlar işdən gələcək, gedəcək".

Qeyd edək ki, xanım sənətçinin 2 oğlan, bir qız övladı var. Böyük oğlu ailəlidir.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.