Ölkə

"Rayonlardan gələnlər Bakını pis günə qoyur" - Aktyordan QALMAQALLI SÖZLƏR - FOTOFAKT

25 Aprel 2019 12:57
113 Şərh     Baxış: 20 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İçərişəhər"də Qala divarlarının bir hissəsinin sökülərək yerində restoran tikilməsi ilə bağlı sosial şəbəkələrdə fotolar yayılıb və ciddi ittihamlar səsləndirilib.

Milli.Az xəbər verir ki, olaya etiraz edənlərdən biri də Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin keçmiş rəhbəri Nəsimi Paşayev olub. Aktiv sosial şəbəkə istifadəçisi kimi tanınan Nəsimi Paşayev etiraz olaraq aşağıdakı statusu hesabından yazıb:

"Qala divarlarının ətrafında obyekt tikən sahibkar! 
Belə görünür ki, pulunuz və digər imkanlarınız çoxdur, genişdir. Elə isə tariximizə rəhm eləyin. Obyekti başqa yerdə tikdirin. İnanıram ki, bu imkanla hətta hansısa nazirliyin binasını sökdürüb yerində obyekt tiksəniz kimsə "gözün üstə qaşın var" deməyəcək. Necə ki, hazırda demirlər. Niyə tarixi məhv etməyə cəhd edirsiniz? Lap elə deyək niyə tarixi divarı öz obyektinizin arxasında gizlədirsiniz? 

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə"sinin 4-cü " İnşaat-təmir işlərinin aparılması" haqqında bəndində deyilir: Zonanın ərazisində Qoruğun qala divarlarının, dünya və ölkə əhəmiyyətli abidələrin qarşısında yeni bina və tikililərin inşası qadağandır! 

Əgər bu cümlələr doğrudursa, onda hüquq-mühafizə orqanları hara baxır?"

Nəsimi Paşayevin statusuna şərh yazanlar arasında özü kimi tanınmışlara da rast gəlinib. Lakin, aktyor Mirqafar Səlimovun yazdığı şərh çoxlarında qıcıq yaradıb.

Aktyorun "26 ildir rayonlardan gələn 4 milyon insanlar Bakını pis günə qoyurlar. 26 ildir bakılılar zülm çəkir" şərhləri narazılıqla qarşılanıb.

Bu da sözügedən şərhlər:

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.