Ölkə

Azərbaycanlı məşhur müğənninin SƏSİ BATDI: 5 aydır oxumuram - FOTO

25 Aprel 2019 12:39
7 Şərh     Baxış: 16 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Rühəngiz Allahverdiyevanın səsi batıb.

Milli.Ax xəbər verir ki, xanım sənətçi bu barədə "5/5"də məlumat verib.

Əməkdar artist ev problemi ilə də üz-üzə qaldığını bildirib:

"Problemlərim var, ona görə görünmürəm. 5 aydır ümumiyyətlə heç hara getmirəm, heç oxumuram. Səs telimdə problem var idi. Həyatımda problem yoxdur. Biraz ev problemim var. Böyük oğlum heç, bu öz yerində. Hələ iki uşaq da var axı. Biri oğlandır, biri qız. Qürurla deyə bilərəm ki, illərlə toylardan qazandığım pullarla uşaqlarıma təhsil vermişəm. Heç vaxt sponsorum olmayıb, ola da bilməz. Heç kəs deyə bilməz ki, mənə nəyisə hədiyyə edib. Olmayıb, ola da bilməz". 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.