Ölkə

Bakıda marşrut avtobusunun təkəri partladı, 1 nəfər ağır xəsarət aldı

25 Aprel 2019 12:29
0 Şərh     Baxış: 1 419

Bakıda avtobus parkında bədbəxt hadisə baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Balakişiyev küçəsində "General Avto Company" şirkətinə məxsus avtobus parkında qeydə alınıb.

Həmin parkda təkərçi işləyən, 1963-cü il təvəllüdlü Rəhimov Sirac Ziyadxan oğlu 11 nömrəli marşrut avtobusunun arxa şininə hava vurarkən təkər partlayıb. Nəticədə S.Rəhimov ağır kəllə-beyin travması, kürək sümüklərinin sınığı, baş beyin əzilməsi, baş və sifət sümüklərinin sınığı xəsarətləri ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Yaralı baş-beyin nayihəsindən əməliyyat olunsa da, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.