Ölkə

Bakıdakı məşhur mağazada erməni mahnısı - VİDEO

25 Aprel 2019 12:14
6 Şərh     Baxış: 4 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıdakı məşhur mağazalardan birində erməni mahnısının səsləndirilməsi ilə bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. 

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakının Yasamal rayonunda metronun "İnşaatçılar" stansiyasının yaxınlığında yerləşən "Bonita" geyim mağazasında baş verib.

Videonu çəkən jurnalist Könül Aypara mağaza işçilərinə irad bildirsə də, onlar buna məhəl qoymayıb. Əksinə, "onsuz da kefimiz yoxdur, siz də qanımızı qaraldırsınız" deyərək, xanım jurnalisti borclu çıxarmağa çalışıblar. 

Səsləndirilən "Mi Gna" mahnısının sözləri Artak Aramyana, ifası isə erməni reper Super Sakoya məxsusdur və "remix" versiyasıdır.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıdakı məşhur mağazada erməni mahnısı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.