Ölkə

Salyanda özünü çaya atmış müəllimənin cəsədi tapıldı - FOTO

25 Aprel 2019 09:44
8 Şərh     Baxış: 3 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün özünü evlərinin yaxınlığından keçən körpüdən Akkuşa çayına atmış Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 35 yaşlı Aysel Dadaşovanın cəsədi tapılıb.

Milli.Az virtualaz.org-a istinadən məlumatına görə, cəsəd qadının özünü çaya atdığı yerdən 7 km aralıda, rayonun Qızılağac kəndi ərazisində suyun üzərinə çıxdığı üçün aşkar olunaraq FHN-nin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Aysel Dadaşovanın 3 azyaşlı oğlan uşağının anası və Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəllimidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.