Ölkə

"Efirdə biabırçılıq edirlər. Onları verilişə buraxmaq olmaz" - Namiq ƏSƏBİLƏŞDİ - FOTO

24 Aprel 2019 18:32
0 Şərh     Baxış: 2 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Namiq Qaraçuxurlu meyxana sənətinin efir məkanına buraxılmasının əleyhinə olan insanların cavabını verib.

Milli.Az xəbər verir ki, sənətçi "Meyxana efirdə olmasın" deyən adamlar mənə qəribə gəlir" ifadəsi ilə qarşı tərəfi yanlış qərarda ittiham edib.

N.Qaraçuxurlu "5/5"də bəzi həmkarlarının özlərini efirdə idarə edə bilmədiyini də etiraf edib:

"Bir-iki nəfər var, çıxıb efirdə biabırçılıq edirlər. Bunu mən də deyirəm. Olmaz onları efirə çıxarmaq ki, meyxana adı qoyulub bunlara. Ümumi danışmaq olmaz. Kimsə çıxıb mənimlə üzbəüz oturub sübut eləsin ki, Namiq efirə çıxmasın. Niyə çıxmasın? mənə birdənə sübut eləsin. Sənin pop oxuyanlarının əksəriyyətindən mədəniyyətim üstündür. Onlar etdikləri mənfiləri də biz etmirik. Biz kafelərdə görürük ki, aşıqlar müəyyən hərəkətlər edir. İndi biz çıxıb deyək ki, aşıqlar efirə çıxmasın?". 

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.