Ölkə

Yataqxanalardakı 1200 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək

24 Aprel 2019 18:29
1 Şərh     Baxış: 2 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın vaxtlarda yataqxanalarda yaşayan 1200 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Komitə sədri bildirib ki, artıq köçürüləcək yataqxanalarda ailələrin siyahıya alınması prosesi başa çatıb:

"Köçürülmə ilə bağlı yeni yaşayış kompleksində hazırlıq işləri görülür. 1200 ailə "Qobu Park-2" yaşayış massivinə köçürüləcək. Komitə ilk olaraq yaşayış şəraiti çətin olan ailələrin köçürülməsini planlaşdırır. Yaxın 1 ay ərzində həmin ailələrin köçürülməsinə başlanacaq. Hazırda Kürdəxanıdakı yeni yaşayış massivinə də köçürülmə prosesi davam edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.