Ölkə

ARB TV möhtəşəm konsert proqramı təşkil edir

24 Aprel 2019 17:29
0 Şərh     Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər zaman ilklərə imza atmaqla tamaşaçıların qarşısına çıxan ARB telekanalı bu dəfə də öz ənənəsinə sadiq qalıb.

Milli.Az xəbər verir ki, telekanalın ən çox baxılan layihələrindən olan "Söhbət var" proqramı bu dəfə bol şou, yumor, əyləncə və musiqi dolu bir konsert porqramı ilə tamaşaçıların qarşısına gəlir.

31 may, saat 19:00-da "Heydər Əliyev Sarayı"nda baş tutacaq konsert proqramının aparıcısı, ARB telekanalının məşhur siması, əməkdar artist Dilarə Əliyeva olacaq. Bununla yanaşı şou-biznesin məşhur simaları da öz ifaları ilə konsertdə daha da rəng qatacaqlar.  

Konsertdə iştirak etmək istəyən hər kəs, şəhərin istənilən kassalarından biletləri əldə edə bilərlər. 

Qeyd edək ki, konsert proqramı ARB TV və Heydər Əliyev Sarayının birgə təşkilatı ilə ərsəyə gəlib. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.