Ölkə

Lənkəranda sürüşmə ərazisindəki yolda hərəkət bərpa olunub

24 Aprel 2019 16:44
0 Şərh     Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran rayonunda Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun hərəkət hissəsində ciddi problem yoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, intensiv yağışlar nəticəsində yolun yerləşdiyi hissədə yamacda torpaq sürüşməsi nəticəsində torpaq axını yolun hərəkət hissəsinə tökülüb: "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları hadisə yerinə cəlb edilib və yolun hərəkət hissəsi torpaqdan təmizlənib. Sel suları yolun çiyin hissələrində müəyyən yerləri yuyub. Həmin hissələrin bərkidilməsinə ehtiyac var. Hazırda agentliyin əməkdaşları ərazidədir. Gün ərzində bərkitmə işləri başa çatdırılacaq. Yolun hərəkət hissəsində, asfaltda heç bir çat və ya sürüşmə yoxdur.

Xatırladaq ki, aprelin 23-də Lənkəran rayonunda 22 kilometrlik Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun son 6 kilometrində, Xanbulan, Daşdatük və Biləsər kəndlərinə aparan yolun yerləşdiyi ərazidə uçqunlar olub.

Yolboyu bir neçə yerdə, yamaclarda torpaq sürüşmələri baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.