Ölkə

Yeni baş direktor vəzifəsindən getdi

24 Aprel 2019 14:13
0 Şərh     Baxış: 8 419

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Ülvi Mirzəyev öz istəyi ilə vəzifəsindən gedib.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Ü.Mirzəyev bu vəzifəyə səhiyyə naziri Oqtay Şirəliyevin ötən il oktyabrın 1-də imzaladığı əmrlə təyin olunmuşdu.

Qeyd edək ki, Ülvi Mirzəyev ixtisasca kardioloqdur. O, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv işçi qrupunun rəhbəridir. 

Baş direktorun istefası Mərkəzi Neftçilər Xəstəxanasında ilk belə hadisə deyil. Ülvi Mirzəyevdən əvvəlki baş direktor Hikmәt Hәsәnov da öz istəyi ilə işdən getmişdi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.