Ölkə

Yaxın aylarda Mərdəkan qalası və Tuba Şah məscidinin bərpasına başlanılacaq

24 Aprel 2019 16:49
0 Şərh     Baxış: 1 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın aylarda Mərdəkan qalası və Tuba Şah məscidinin bərpasına başlanılacaq.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.

F.Hüseynov bildirib ki, bir müddət əvvəl Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba Şah məscidində təmir-bərpa işlərinin aparılması haqqında Niyyət Məktubu imzalanıb:

"Yaxın vaxtlarda layihə sənədləri hazırlanacaq, sonra isə həmin tarixi abidələrin bərpasına başlanılacaq. Bərpa işləri Dövlət Xidmətinin nəzarəti altında TİKA tərəfindən həyata keçiriləcək".

Onun sözlərinə görə, Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpa işlərində yerli mütəxəssislər də iştirak edəcəklər.
F.Hüseynov vurğulayıb ki, iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də sıx əməkdaşlıq edilir: "Bu, Azərbaycanda tarixi abidələrin TİKA tərəfindən bərpa olunması baxımından ilk layihə olacaq. TİKA ilə əməkdaşlıq bu iki tarixi abidənin bərpası ilə yekunlaşmayacaq. Əldə olunan razılaşmaya əsasən, bu sahədə əməkdaşlıq davam etdiriləcək".

Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsində yerləşən eyniadlı qala XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. XV əsrə aid Tuba Şah məscidi isə 1481-1482-ci illərdə inşa edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.