Ölkə

Yaxın illərdə Azərbaycanda suçiçəyinə qarşı peyvənd aparıla bilər

24 Aprel 2019 14:51
0 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın illərdə Azərbaycanda suçiçəyinə qarşı peyvənd aparıla bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, hazırda dünyada suçiçəyinə qarşı peyvənd tətbiq edilir. Lakin Azərbaycanda suçiçəyi peyvəndlə idarə olunan xəstəliklərin sırasına daxil deyil.

A.Əliyeva əlavə edib ki, 2018-ci ildə Azərbaycanda suçiçəyinə 15 870 nəfər yoluxub: "Ötən il hər 100 mon nəfərə düşən yoluxma sayı 158,44 olub. 2017-ci ildə isə ölkədə suçiçəyinə 15 781 nəfər yoluxub. Hər 100 min nəfərə düşən yoluxma halı 159,43 hal olub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.