Ölkə

Sem Smit Bakıya gəlmədi - Onu bu məşhur əvəz edəcək

24 Aprel 2019 12:48
0 Şərh     Baxış: 2 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Brit" mükafatlı məşhur müğənni 27 aprel tarixində Formula 1 SOCAR Azərbaycan Qran Prisində konsert verəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Milli.Az-a verilən məlumata görə, "Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019" yarış həftəsonunun şənbə günü, 27 aprel tarixində sağlamlıq məsələləri ilə bağlı konsert proqramını ləğv etməli olan Sem Smiti həmin gün "Price Tag", "Domino" və "Bang Bang" kimi hit mahnıları ilə tanınan və albomları milyonlarla satılan Cessi Cey əvəz edəcək.

Bakı Kristal Zalında baş tutacaq bu konsert tədbiri BŞH-nin Formula 1 yarış həftəsonu əyləncə proqramına daha bir möhtəşəm ad əlavə edəcək.

Britaniyalı müğənninin "Who You Are" adlı albomu milyonlarla satılıb və ona "BRITS Critics' Choice" mükafatını qazandırıb. Bundan sonra sənət fəaliyyətinə bir qədər fasilə verən Cessi Cey yalnız altı il sonra öz etiraflarını bölüşdüyü "R.O.S.E" albomunu çıxarıb.

Musiqiçinin Don Diablo ilə ifa etdiyi "Brave" adlı ən son sinqlı isə 26 aprel tarixində buraxılacaq.

Cessi Cey, eləcə də Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün kollektivi, Sem Smitə şəfalar diləyir və onu tezliklə Bakıda görməyi arzulayır.

Bütün bilet sahibləri Bakı Kristal Zalında dünya ulduzlarının iştirakı ilə keçiriləcək axşam konsertlərində pulsuz iştirak edə biləcəklər. Tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala gediş-gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.

Yalnız 4-günlük bilet sahibləri 25 aprel tarixində baş tutacaq Pit Yolu Gəzintisində eksklüziv olaraq iştirak edə biləcəklər.

Qeyd edək ki, "Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019" yarışını yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı www.bakucitycircuit.com rəsmi saytından əldə edə bilərlər.

Zəfər Tağı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.