Ölkə

Şiə və sünni din xadimləri Lənkəranda birgə namaz qılıblar - FOTO

24 Aprel 2019 12:53
4 Şərh     Baxış: 4 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın şimal və cənub bölgəsindən olan din xadimləri birgə namaz qılıblar.

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə "Vəhdət dəyərimizdir" layihəsi çərçivəsində Lənkəran şəhərində həyata keçirilən və 23-25 aprel tarixlərini əhatə edən seminar davam edir. Seminarda Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz, Masallı, Yardımlı, Astara, Lerik və Lənkəran rayonlarından olan dini icma sədrləri və din xadimləri iştirak edir.

Fonddan Milli.Az-a verilən məlumata görə, seminar çərçivəsində Azərbaycanın Şimal və Cənub bölgəsindən olan din xadimləri Lənkəran şəhəri Böyük Bazar "Cümə" məscidi və Kiçik Bazar "Hüseyniyyə" məscidində birgə namaz qılıblar.

Seminarın ikinci günündə Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov "Azərbaycanda birgəyaşayış ənənəsi", Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazovun "İslam məktəblərində ortaq dəyərlər" və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin "Azərbaycanda dövlət-din münasibətləri" mövzusunda mühazirələri dinlənilir.

Məhəmməd Əliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.