Ölkə

Bakıda "Aşıqlar" kafesində dava: 1 nəfər bıçaqlandı

23 Aprel 2019 18:04
0 Şərh     Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda kafedə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Binəqədi rayonu, Binəqədi şosesində yerləşən "Aşıqlar" kafesində Bakı şəhər sakini Tağıyev Elməddin Tağı oğlu Həsənov Samir Zamin oğlu ilə mübahisə edib.

Mübahisə dava ilə nəticələnib və nəticədə E.Tağıyev S.Həsənovu kafenin qarşısında bıçaqlayıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.