Ölkə

Üzünü quduz itin parçaladığı 4 yaşlı Hüseyndən XƏBƏR VAR - Həkimi danışdı

23 Aprel 2019 14:39
3 Şərh     Baxış: 2 173

Üzünü it parçalayan 4 yaşlı Hüseyn Məmişovda quduzluğun heç bir əlaməti yoxdur. Uşağın vəziyyəti normaldır və müalicəsi sxem üzrə davam etdirilir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə uşağın həkimi, Kliniki Tibbi Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsində çalışan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Məhəbbət Cəfərov deyib.

Həkimin sözlərinə görə, uşağın tez bir zamanda sağalması üçün zəruri olan bütün tədbirlər həyata keçirilir:

"Uşağın üzündə ciddi yara var idi. Biz onu bərpa etdik. Gözləyirik yara sağalsın, tikişləri çıxaraq. Bundan sonra H.Məmişovun müalicəsi 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdiriləcək. Müalicənin 3 ay və ya 6 ay müddətinə davam edəcəyinə infeksionist həkimlər qərar verəcək".

M.Cəfərov deyib ki, hazırda zərdabların vurulması davam edir: "Quduzluqla bağlı kritik müddət sayılan "40 gün" gözlənilməlidir. Bu müddət ərzində uşağa zərdablar vurulacaq. Sxematik müalicə mütləq davam etdirilməlidir.

Həkim onu da əlavə edib ki, H.Məmişovun həftəsonu evə buraxılacağı planlaşdırılır:

Xatırladaq ki, Sulutəpədə yaşadığı evin həyətində sahibsiz itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb.

Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.

H.Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi əməliyyat edilib.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    QQ · 23 Aprel 15:2020

    Mən həmişə cərrah həkimlərə müqəddəs kimi baxmışam.Onlarln vicdanlıları dogrudan da heç nəyə baxmadan - gecə ,gündüz ,qış ,yagış ,pullu ,pulsuz demədən həyat qurtarmaq üçün əllərindın gələni əsirgəmirlər.

    Cavab yaz
  • Anonim
    cavab · 23 Aprel 15:4360

    ALLAH komeyi olsunAmma bir seye anlamiramki dunen saytlarda heyvanseverler usyan edirdi Basa dusurem ,belke de haqlidirlar Gundemi alt ust eden bu usaqin faciesini onlar yaland itlere ser atirlar deyib baqirirdiDeyir usqlari yixilib sifetleri yaralanir itin ustune atirlar Mence bu ozu de bir anadir Onun usaqin it ele etseydi ne ederdi?Yani it insandan o qedermi deyerlidiI ? itler kimi insanlarin da quduzu olur Bunu danmayaq

    Cavab yaz
  • Anonim
    Ayten · 23 Aprel 17:5900

    Hsmimizin balasi var butun mehleler doludur bu itlerde. Hec maraqlananda yoxdu. Gerek kiminse balasi ole sonra baslayalar is gormeye. Nolarki bunu vaxtinda edinde. Bizim korpeler xestelik tutandan olenden sonra yox

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.