Ölkə

17 yaşlı yeniyetmə internet klubun qarşısında qətl törətdi

23 Aprel 2019 14:09
Baxış: 1 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxda yetkinlik yaşına çatmayan şəxs qətl törədib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində internet klubun qarşısında baş verib. Kənd sakini, 2002-ci il təvəllüdlü Qocayev Məhərrəm Kamran oğlu internet klubun qarşısında şəxsi münasibətlər zəminində həmkəndlisi, 1999-cu il təvəllüdlü Cələddinli Rahil Subhan oğlunu üzərində gəzdirdiyi bıçaqla bir neçə dəfə bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.