Ölkə

Tanınmış azərbaycanlını evinin yaxınlığında döydülər - Sifətlərini görmədim - FOTO

23 Aprel 2019 14:14
0 Şərh     Baxış: 4 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlunun döyüldüyü barədə məlumat vermişdik.

Milli.Az xəbər verir ki, Saşa başına gələn xoşagəlməz hadisə ilə bağlı açıqlama verib.

34 yaşlı futbolçu hadisənin təfərrüatı barədə bunları deyib:

"Təəssüflər olsun ki, haqqımda yayılan "son xəbərlər" hardasa doğrudur. Hadisə belə olmuşdu. Şənbə günü, axşam saatlarında yaşadığım evin yaxınlığındakı mağazadan alış-veriş etmək üçün maşını saxladım, park etdikdən sonra maşından düşüb kurtkamı geyinmək istərkən iki nəfər mənim yanımdan keçirdı. Qaranlıq olduğundan sifətlərini görmədim. Biri mənə nəsə dedi və maşınımın yanına keçdi, o biri isə qarşımda dayandı. Bu vaxt boynumdan küt bir zərbə hiss etdim, səndələdim, geri dönmək istədikdə isə qarşımda dayanan mənə tərəf təpik atdı və əlimdəki pul kisəsini əlimdən qapmağa çalışdı. Mən də müqavimət göstərməyə çalışdım, bu vaxt bizə tərəf gələn bir maşının işıqları üstümüzə düşüncə hərəsi bir tərəfə qaçıb uzaqlaşdılar. Ciddi bir xəsarət almadım, heç yerə müraciət etmədim və heç kəsdən də şikayətçi olmadım. Nə etmək olar, bu həyatdır. Arayıb maraqlandıqları üçün hər kəsə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bir də belə şeylər başıma gəlməz, inşallah! Çünki, cəmiyyətimizdə idmançılara qarşı bir qarşılıqlı sayğı vardır".

Qeyd edək ki, ONA-nın məlumatında polisə bu barədə zərərçəkən özü şikayət etdiyi qeyd edilmişdi.

Polis hadisəni törədən şəxsləri axtarır.

Xatırladaq ki, S.Yunisoğlu 2007-2011-ci illərdə Azərbaycan yığmasının şərəfini qoruyub (28 oyun). Sabiq müdafiəçi karyerası ərzində Azərbaycanın "İnter" (İndiki "Keşlə"), "Neftşi", "Bakılı", "MKT Araz", "Bakı", "Qəbələ", AZAL (iniki "Şüvəlan"), "Sumqayıt", "Araz Naxçıvan", "Rəvan", "Səbail", Polşanın "Diskobolia", "Poloniya" və Türkiyənin "Dənizlispor" klublarında çıxış edib.

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.