Ölkə

“Uşaqlar daha çox bir-biri ilə ünsiyyətə meyilli olmalıdır” - Tanınmış jurnalist - VİDEO - FOTO

23 Aprel 2019 13:59
0 Şərh     Baxış: 1 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ARB Günəş"in efirində yayımlanan "Kiçikdən-böyüyə" verilişinin növbəti qonaqları jurnalist Qabil Abbasoğlu və 11 yaşlı Banu olub.

Milli.Az xəbər verir ki, Qabil Abbasoğlu söhbət zamanı öz uşaqlığından danışıb:

"Uşaqlığım sakit keçib, dəcəl olmamışam. İnsan ömrünün müxtəlif mərhələləri var və hər mərhələnin öz xarakterik xüsusiyyətləri var. Mənim uşaqlıq dövrüm indikindən fərqli idi. Oyuncaqlarımızı təbiətdən yığırdıq. Xatırlayıram, bir torba maraqlı çay daşları yığmışdım, onlarla oynayırdım. Müxtəlif uşaq oyunlarımız vardı. İndi onlar unudulub. Uşaqların bir-biri ilə ünsiyyəti vardı, kollektiv şəkildə əylənməyə meyl edirdilər. Amma indiki dövrdə uşaqlar daha çox təkliyə meyil edir, asudə vaxtını daha çox kompüter oyunlarına həsr edir. Məncə, uşaqlar bir-biri ilə ünsiyyətə can atmalıdırlar. Çünki bu zaman onlar həm yeni informasiyaları paylaşırlar, həm də bir-birinə müsbət enerji ötürürlər".

"Kiçikdən-böyüyə" verilişi hər həftənin cümə günü saat 18:45-də "ARB Günəş"də yayımlanır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.