Ölkə

Deputatlar qaz və işıq limitinin artırılmasını TƏKLİF ETDİLƏR

23 Aprel 2019 12:59
10 Şərh     Baxış: 3 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin bu gün keçirilən iclasında qaz və işıqla bağlı limitin artırılması təklif olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı çıxış edən deputat Fazil Mustafa qeyd edib ki, insanlardan bununla bağlı təkliflər gəlir və onlar limitin artırılmasını istəyirlər: "Mən təklif edirəm ki, bu limitlər ən azı iki dəfə artırılsın. Xüsusən də həyət evlərində yaşayanlar imkansızdırlar və onlar borcu ödəyə bilmirlər. Oqtay müəllim, xahiş edirəm ki, bu məsələni gündəliyə salasınız və yuxarı orqanlarla bu məsələni razılaşdırıb həllinə nail olasınız".

Eyni zamanda, deputatlar Qənirə Paşayeva və Tahir Kərimli də həmkarının  təkliflərini dəstəkləyib.

T. Kərimli limitin ən azı bir və ya bir yarım artırılmasını təklif edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.