Ölkə

“Azerbaijan Airlines” bort jurnalı nüfuzlu “Milli İrs” mükafatına layiq görülüb - FOTO

23 Aprel 2019 13:04
0 Şərh     Baxış: 360

"Azərbaycan Hava Yolları"nın bort jurnalı (Azerbaijan Airlines In-Flight Magazine) Azərbaycanın mədəni irsinin təbliği işində xidmətlərinə görə Azərbaycan Mədəniyyət Nazirliyinin "Milli İrs" mükafatı ilə təltif olunub.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, mükafat "IRS Publishing House" nəşriyyatı tərəfindən hazırlanmış "İrs" silsiləsindən olan "Daş keşikçilər" kitabının təqdimat mərasimində təqdim olunub və Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilib.

"Azerbaijan Airlines" bort jurnalı 2007-ci ildən işıq üzü görür. Bu müddət ərzində nəşrdə yerli və xarici oxucuları Azərbaycanın tarixi, mədəniyyəti, ənənələri və diqqətəlayiq yerləri ilə tanış edən yüzlərlə materiallar dərc edilib. İki aydan bir dövriliklə buraxılan nəşr AZAL aviaşirkətinin bütün daxili və beynəlxalq reyslərində pulsuz paylanılır.

"Azerbaijan Airlines" bort jurnalı ötən ilin dekabrında Peşəkar Fotoqraflar Beynəlxalq Gildiyasının nüfuzlu "Rusiyanın Qızıl Peqası" mükafatına layiq görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.